Skip to content

Neft Akademiyasının alimlərinə KİV-in mükafatları təqdim olundu

Yanvar 19, 2011

18 Yanvarda  Azərbaycan Dövlət Neft Akademiyasında bu ali məktəbin bir qrup aliminin Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının mükafatları ilə təltifedilmə mərasimi keçirildi. Mükafatları KİV İşçiləri Həmkarlar İttifaqının sədr müavini Çingiz Qurbanoğlu təqdim etdi.
Onun sözlərinə görə, ölkəmizin ali təhsil müəssisələri arasında Azərbaycan Neft Akademiyasının xüsusi yeri var. Bu ali təhsil ocağı dünyada neft ölkəsi kimi tanınan və artıq Avropanın da enerji təhlükəsizliyi sistemində mühüm rol oynayan Azərbaycan üçün mütəxəssislər hazırlayır. KİV İşçiləri Həmkarlar İttifaqının respublikanın mətbuat orqanları arasında keçirdiy rəy sorğusu nəticəsində də məlum olmuşdur ki, Neft Akademiyası ali təhsil müəssisələrimiz arasında öncül yerlərdən birini tutur. Məhz bu sorğunun nəticələri əsasında akademiyanın rektorunun və bir neçə prorektorunun mükafatlandırılması qərara alınmışdır. Ətraflı…

Neft Akademiyasında akademik Şəfaət Mehdiyevin 100 illik yubileyi qeyd edildi

Dekabr 29, 2010

Bu il dekabrın 15-də Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Şəfaət Mehdiyevin 100 yaşı tamam olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya şöhrətli alim və ziyalının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi üçün 8 noyabr 2010-cu il tarixli sərəncam imzalayıb. Sərəncama uyğun olaraq xeyli vaxtdır ki, respublikanın bir sıra elmi müəssisələrində, eləcə də Bakı, Naxçıvan və Gəncə kimi iri şəhərlərdə Şəfaət Mehdiyevin yubileyinə həsr olunmuş geniş tədbirlər keçirilir. Dekabrn 24-də belə silsilə tədbirlərdən biri Azərbaycan Dövlət Neft Akademiyasında keçirildi.
Tədbirdə respublika elmi ictimaiyyətinin, Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin nümayəndələri iştirak edirdilər. Giriş sözü ilə Neft Akademiyasının rektoru Siyavuş Qarayev çıxış edərək bildirdi ki, Azərbaycanda geologiya-mineralogiya elminin inkişafı, neft geologiyası üzrə təcrübəli kadrların yetişdirilməsi sahəsində akademik Şəfaət Mehdiyevin əvəzsiz xidmətləri olmuşdur. İyirminci əsrin neft sənayesinin böyük tərəqqi tapdığı bir dövr olduğunu qeyd edən rektor bildirdi ki, Şəfaət Mehdiyev məhz belə bir dövrdə Azərbaycanda neft geologiyasının inkişafına, yeni yataqların aşkar edilməsinə əhəmiyyətli töhfələr vermişdir. Ətraflı…

ADNA-nın 90 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib

Dekabr 23, 2010

Noyabrın 22-dən 25-dək Azərbaycan Dövlət Neft Akademiyasında bu ali təhsil ocağının 90 illik yubileyinə həsr olunmuş “Neft-qaz, neft emalı və neft-kimya” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda ölkəmizin müxtəlif təhsil və elm ocaqlarının nümayəndələri ilə yanaşı Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan, Rumıniya, Ekvador və Çin Xalq Respublikasından gəlmiş alim və mütəxəssislər iştirak edirdilər.

Elmi konfransın noyabrın 22-də keçirilən plenar iclasını təşkilat komitəsinin sədri, ADNA-nın rektoru, akademik Siyavuş Qarayev açaraq qonaqları və nümayəndələri salamladı, forumun işində onlara uğurlar arzuladı. Ətraflı…

ADNAnın 90 illiyi keçirilib

Dekabr 23, 2010

Noyabrın 23-də Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. 1920-ci ildə Bakıda fəaliyyət göstərən texniki məktəbin əsasında Avropa və Asiyada neft-qaz və kimya sənayesi sahələrində ilk ali təhsilli mütəxəssis hazırlığına başlayan indiki ADNA 90 il ərzində dünyanın qabaqcıl ali texniki məktəbləri səviyyəsinədək inkişaf yolu keçib. Bu tədris ocağı hazırda 24 istiqamət üzrə bakalavr və magistr pillələrində mütəxəssis hazırlayır.

Prezident İ.Əliyev əvvəlcə Heydər Əliyev lektoriya zalı və ADNA-nın tarix muzeyilə tanış olub. Dövlət başçısı akademiyanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edib. Ətraflı…